Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 May 2024 / 05:48

XARİCİ SƏYYAHLAR XUDAFƏRİNİ ZİYARƏT ETDİ

Norveçdən olan beynəlxalq səyyahlar Cəbrayıldakı Xudafərin körpüsünü ziyarət ediblər.

Tezadlar.az xəbər verir ki, qonaqlar Araz çayının şimal və cənub sahillərini birləşdirən qədim Azərbaycan memarlıq abidəsi – Xudafərin körpüsü ilə tanış olmaq üçün Cəbrayıl şəhərinə gəliblər.

Ərazidə əcnəbi səyahətçilərə körpünün tarixi və onun Böyük İpək Yolunda vaxtilə əsas rolu haqqında məlumat verilib. Qeyd edək ki, Norveç Milli Beynəlxalq Səyahətçilər Klubu “Vagaclub”ın nümayəndə heyəti Yorn Auqestadın rəhbərliyi altında  Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyyahlar Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olacaqlar. Bu tur beynəlxalq nümayəndə heyətinin erməni işğalından azad edilmiş Azərbaycan ərazisinə onuncu səfəri olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!