20 May 2024 / 04:26

İRAN PREZİDENTİNİN HELİKOPTERİNDƏN SAĞ ÇIXAN VARMI?

İran Prezidenti İbrahim Rəisinin də

olduğu helikopterin bütün sərnişinləri həlak olub. Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivand bildirib. “Qəzaya uğrayan helikopterin yeri tapıldıqda, onun sərnişinlərinin canlı olmasına dair heç bir əlamət aşkar edilməyib”, – o deyib. Təyyarədə həmçinin xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!