Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
29 May 2024 / 20:05

RƏİSİNİN HELİKOPTERİNİN TƏXRİBAT NƏTİCƏSİNDƏ QƏZAYA UĞRAMA VERSİYASI TƏKZİB OLUNUB

İran Rəisinin helikopterinin təxribat səbəbindən qəzaya uğraması ehtimalını istisna edib.

İran prezidenti İbrahim Rəisinin helikopterinin təxribat nəticəsində yaranan partlayış nəticəsində qəzaya uğraması versiyası təkzib edilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının təbii fəlakətin təhqiqatından sonra ikinci hesabatında deyilir.

“Helikopterin qalıqlarının və hissələrinin tədqiqinin nəticələrinə əsasən, aralarındakı məsafəyə və səpələnmə üsuluna əsasən, uçuş zamanı və ya helikopterin yüksəkliklərin yamacına çırpılmasından saniyələr əvvəl diversiya nəticəsində partladılması versiyası istisna edilib”,- deyə hesabtada bildirilib.

Qurum qeyd edib ki, müvafiq ekspertlərin hesabatına əsasən, qəzaya uğrayan helikopterdə elektron müharibə avadanlığının izlərinə rast gəlinməyib.

“Qəzanın əsas səbəbi müəyyən edilənə qədər məlumatların təhlili davam etdiriləcək”, – deyə vurğulanıb.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!