Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 May 2024 / 12:56

POLİS ERMƏNİSTANDA ETİRAZÇILARI SAXLAMAĞA BAŞLAYIB

Polis Ermənistan Xarici İşlər Nazirliyinin binası yaxınlığında etirazçıları sıxışdırıb çıxarmağa çalışıb ki, bu da müxalifətçilərlə toqquşmalara və həbslərə səbəb olub.

Bundan əvvəl “Vətən üçün Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bir sıra suallara cavab almaq üçün ölkənin xarici siyasət idarəsinin rəhbəri ilə görüş tələb edib. Xarici İşlər Nazirliyinin nümayəndələri görüşə gəlməyib, vəziyyət getdikcə gərginləşməyə başlayıb.

“Ararat Mirzoyan, qorxaq, bütün bunlara görə məsuliyyət sənin üzərinə düşür. Mən də bir neçə dəfə vuruldum. Vətəndaşların dəyənəklə döyüldüyü üzə çıxsa, heç vaxt günü-günəşi görməyəcəksiniz”, – arxiyepiskop vəziyyət sabitləşdikdən sonra deyib.

Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqratın rəhbərlik etdiyi etiraz aksiyaları Bakı ilə İrəvan arasında Tavuş vilayətində sərhədin delimitasiyasına dair razılaşmanın əldə olunması xəbərindən sonra Ermənistanda başlayıb. Əslində İrəvan Azərbaycan SSR-in tərkibində olan və 1990-cı illərdən Ermənistanın nəzarətində olan 4 kəndin Bakıya verilməsinə razılıq verib. “Vətən naminə Tavuş” hərəkatı Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edir, onu torpaqları birtərəfli qaydada Azərbaycana verməkdə ittiham edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!