Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 İyun 2024 / 10:11

GÜRCÜSTANDA RUSİYA İLƏ KEÇİD MƏNTƏQƏSİNİ SEL APARDI

Gürcüstan-Rusiya sərhədindəki Kazbegi gömrük-keçid məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb. Qeyd edilib ki, bu gün detektorlar saat 08:36-da Devdoraki çayında suyun səviyyəsinin artdığını qeyd alıblar, ətrafda sel təhlükəsi var. Ərazidə xidmət aparan bütün əməkdaşlar təcili təxliyə ediliblər. Sərhəd polisi helikopteri əraziyə baxış keçirmək üçün qalxıb.

Xəbərdə deyilir ki, daşqın riski ilə əlaqədar hazırda məntəqə vasitəsilə mal və məhsulların idxal-ixracı prosedurları, həmçinin şəxslərin dövlət sərhədini keçməsi həyata keçirilə bilinmir. Təhlükənin sovuşmasından sonra məntəqənin fəaliyyətinin bərpa ediləcəyi qeyd olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!