Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 İyun 2024 / 06:20

RƏSMİ KREML GÜRCÜSTANLA VİZA REJİMİNİ LƏĞV EDİR?

Rusiya qurumları “Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının Rusiya prezidenti Vladimir Putinə ölkələr arasında viza rejiminin ləğvi xahişi ilə müraciətini təhlil edəcək.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O bildirib ki, müraciət olunubsa aidiyyatı qurumlar bu müraciəti təhlil edəcəklər: “Düzünü desəm, mən bu müraciəti görməmişəm, əgər müraciət olubsa, biz bunu görəcəyik və təbii ki, bizim aidiyyatı qurumlar bu müraciəti təhlil edəcəklər”, – deyə Kremlin rəsmi nümayəndəsi vurğulayıb. Qeyd edək ki,  “Gürcüstan Sülh Naminə Həmrəylik” partiyasının üzvləri Rusiya prezidenti Vladimir Putinə iki ölkə arasında viza rejiminin ləğvi xahişi ilə müraciət ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!