Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 İyun 2024 / 05:23

ƏRDOĞANLA PAŞİNYANIN TARİXİ GÖRÜŞÜ BAŞ TUTDU

Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub…

Tezadlar.az Anadolu Agentliyinə istinadla bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası “X” səhifəsində paylaşım edib. Söhbət zamanı tərəflər Türkiyə ilə Ermənistan arasında ilkin şərt olmadan münasibətlərin tam şəkildə normallaşdırılması üçün siyasi iradələrini olduğunu vurğulayıblar. Bu kontekstdə liderlər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyinə diqqət çəkib və indiyə qədər razılaşdırılmış məsələləri təsdiqləyiblər. Hər iki lider, həmçinin regionda baş verən son hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

Bu gələcəjdə tarixi bir münasibətlərə körpü salacaq bir hadisədir. Ermənistanda artıq başa düşməyə çalışan qüvvələr də bilir ki, qonşularla iddialı münasibət mümkün deyil, bu Ermənistanın mövcudluğuna ciddi təhlükədir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!