Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Tatarıstanın Aksubayevski rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. İki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb.
Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Bakı vaxtı ilə saat 13:07-də Aksubaevo-Emelkino yolunun 23-cü km-də baş verib. “VAZ-2115” qarşıdan gələn zolağa çıxıb və orada “LADA Priora” markalı avtomobillə toqquşub. “VAZ”ı 1978-ci il təvəllüdlü vətəndaş, “LADA”nı isə 69 yaşlı sürücü idarə edib.
“Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və 3 sərnişini aldıqları xəsarətlərdən dünyasını dəyişib”, – idarədən bildirilib.
E.ŞİRİNOV