Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Rusiya prezidenti Vladimir Putin və suriyalı həmkarı Bəşər Əsəd Suriyadakı vəziyyəti həll etmək və Türkiyə-Suriya münasibətlərini yaxşılaşdırmaq məqsədilə danışıqlar aparmaq üçün Türkiyəyə dəvət oluna bilər.
Tezadlar.az xəbər verir ki, bu addımı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan atıb.
“Biz Suriya ilə yeni prosesə (münasibətlərin normallaşdırılmasına – RED.) başlaya bilərik. Biz cənab Putin və Bəşər Əsədi dəvət edə bilərik. Əgər cənab Putin Türkiyəyə səfər edə bilsə, bu, yeni prosesin başlanğıcı ola bilər”, – deyə Ərdoğan bildirib.
Türkiyə liderinin sözlərinə görə, “Suriya üçün daimi məskunlaşma mexanizmi yaratmaq lazımdır” ki, infrastrukturu dağıdılmış və mühacirətdə yaşayan ölkə “ayağa qalxsın”.
E.ŞİRİNOV