Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
9 Avqust 2024 / 06:01

RUSİYANIN LİPETSK VİLAYƏTİNDƏ HƏRBİ AERODROM PARTLADILDI

Ukraynadan Dron hücumu: Rusiya Federasiyasının Lipetsk vilayətində hərbi aerodrom yandı…

Tezadlar.az Rusiya mediasına istinadla bildirir ki, ötən gecə Rusiyanın Lipetsk vilayətində pilotsuz təyyarənin hücumu nəticəsində hərbi aerodrom yanıb, qubernator “partlayıcı obyektlərin partladığını”, enerji obyektinə ciddi ziyan dəydiyini və 6 nəfərin öldüyünü açıqlayıb.
Tezadlar.az xatırladır ki, bu dəqiqələrdə isə hadisə barədə Rusiyanın əsas təbliğat nəşrləri olan “RİA Novosti”, RBC və TASS, eləcə də Lipetsk vilayəti üzrə Fövqəladə Hallar Nazirliyi və vilayət qubernatoru İqor Artamonov Telegram-da yazıb. Fövqəladə Hallar Nazirliyinin məlumatı isə belədir: “Üçüncü nömrəli hərbi aerodrom atəşə məruz qalıb…”.
Bildirilir ki, aerodrom əvvəllər evakuasiya elan edilmiş əhalinin məskunlaşdığı ərazilərin yaxınlığında yerləşir.

Dünya mediası da son günlər Ukrayna ordusunda ciddi hadisələrin baş verdiyini yazır.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!