Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Avqust 2024 / 03:29

MEDİA-DA SEÇKİ İLƏ BAĞLI MÜHÜM GÖRÜŞ

Ötən gün avqustun 13-də Medianın İnkişafı Agentliyində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati və media analitiki Kira Kalinina ilə görüş keçirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat paylaşıb.  Görüşdə  Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycanda media landşaftı, bu sahədə həyata keçirilən islahatların gedişatı, Agentliyin əsas fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, qonaqların suallarını cavablandırıb. Görüş zamanı, həmçinin 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərdə medianin fəaliyyəti ilə əlaqədar müzakirələr aparılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!