Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


…Bu gün Azərbaycan Prezidentinin Ağdam şəhəri üzrə Nümayəndəliyinin təşkilatçılığı və “Gələcəyə baxış-Avropaya inteqrasiya” İctimai Birliyinin sədri Bəsti Nəsibovanın dəstəyi ilə bir qrup tanınmış ziyalı-yaradıcıların Ağdama səfəri baş tutdu…
Səfərdə məqsəd Ağdamda gedən quruculuq işləri ilə tanışlıq, Ağdam Sənaye Parkı ilə tanışlıq, eləsə də Ağdamın tarixi ərazilərinə baxış… daxil idi. Ağdam ziyarətində iştirak edən “Təzadlar”ın baş redaktoru Asif Mərzili eksklüziv olaraq bunları bildirdi : “Biz Ağdamda ermənizmin qoyub getdiyi vandalizmlə bir daha yaxından tanış olduq… Artıq dördüncü dəfə idi Ağdamda olurdum. Ən vacibi, Bu dəfə Ağdamdakı dağıntılardan daha çox Ağdamın quruculuğu ulə tanış olduq… Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovla səfər boyu birlikdə olduq. Emin müəllimin vətənpərvərliyinin, sözün “Qarabağ Azərbaycandır!” mənasında, əsl Qarabağlı olduğunu onun son aylarda gördüyü quruculuq işlərində canlı şahidi olduq… Qısası, Ağdam erməni dağıntılarından təmizlənir, tikilir, qurulur… Min şükür! İnanıram ki, bu gedişlə ən qısa vaxtda Ağdamlılar döğma şəhərində yenidən yaşamaq imkanındadır…”.
Daha ətraflı yazı tezliklə təqdim olunacaq…
JASMİN

