Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Avqust 2024 / 04:22

UKRAYNA ORDUSU KURS İSTİQAMƏTİNDƏ İRƏLİLƏMƏKDƏDİR

Artıq neçə gündür Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayəti ərazisində uğurla irəliləməkdə davam edir.

Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski ötən gecə xalqa müraciətində bu barədə deyib. Sitat: “Biz bu gün Kursk vilayətində yaxşı irəliləyiş əldə edirik. Öz strateji məqsədimizə nail oluruq”, – prezident deyib.

Zelenski deyib ki, hökumət nümayəndələri ilə Kursk vilayətində Ukrayna hərbçilərinə dəstək məsələlərinə dair görüş keçirib. “Ukraynanın qaydalara uyğun döyüşməsi vacibdir və bu ərazidə mövcud olan humanitar ehtiyaclar təmin edilməlidir”.

Xatırladırıq ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin 74 yaşayış məntəqəsini ələ keçirib. Döyüşlər davam edir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!