Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
19 Avqust 2024 / 09:43

SƏRNİŞİN AVTOBUSUNDAKI YANĞIN SÖNDÜRÜLÜB

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu ərazisində, “Lökbatan” dairəsində sərnişin avtobusunda yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 164 saylı marşrut xətti ilə hərəkət edən DAEWOO markalı sərnişin avtobusunda baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində avtobusun salon hissəsi qismən və arxa sol təkərləri yanıb. Avtobusun böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!