Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində növbəti uğur əldə edib.
Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib. Qeyd olunub ki, Ukrayna qüvvələri Qluşkov rayonunda Rusiyanın Seym çayı üzərindən ponton körpülərə və mühəndis avadanlıqlarına zərbələr endirir. Peyk görüntüləri göstərir ki, avqustun 19-da Ukrayna hərbçiləri Seym üzərində ən azı bir ponton körpüsünü dağıdıblar. Bəzi rusiyalı hərbi blogerlər Ukrayna hərbçilərinin Vişnevkanı ələ keçirdiklərini bildiriblər. Məlumata əsasən, Rusiya Müdafiə Nazirliyi avqustun 19-da yayımladığı məlumatda Ukraynanın Vişnevka bölgəsində qazandığı uğurları üstüörtülü şəkildə etiraf edib.