7 Sentyabr 2024 / 05:19

DEPUTATLIĞA NAMİZƏD SƏRBƏST BURAXILIB

Ötən gecə saat 23.00 radələrində deputatlığa namizəd Vəfa Nağı, onun vəkili  Seymur Abbas və jurnalist Şəhla Kərim sərbəst buraxılıb.

Vəfa Nağının Turan-a verdiyi məlumata görə, onlar qara maskalı mülki şəxslər tərəfindən saxlanılıb və ayrı-ayrılıqda üç qara avtomobilə yerləşdirilib. Nağının  sözlərinə görə, ondan “seçkilər artıq bitdiyi üçün” etirazını dayandırması istənilib. Nağı isə öz növbəsində şikayətlərin araşdırılmasını tələb etdiyini bildirib. “Bizdə olan məlumata görə, dairə seçki komissiyası rəqibimin müşahidəçilərini çağırıb onlardan “seçkilərin demokratikliyi” ilə bağlı ərizələr alır. Amma  pozuntuları qeydə almış mənim müşahidəçilərimi çağırmırlar”, – Nağı bildirib.

O qeyd edib ki, saxlanılan şəxslər üç saat  sonra Bakıya gətirilib və  Əhmədlidə sərbəst buraxılıb. 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!