12 Sentyabr 2024 / 12:51

DİŞ İMPLANTLARININ BƏYAN EDİLMƏDƏN ÖLKƏ ƏRAZİSİNƏ GƏTİRİLMƏSİNİN QARŞISI ALINIB

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında  diş implantları və aksessuarlarının  gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, Roma–Bakı aviareysi ilə gələn iki nəfər  Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən “Qırmızı kanal”a yönləndirilib və rentgen qurğusu ilə onların baqaj yüklərinə keçirilən baxış zamanı şübhəli təsvirlər müşahidə olunub.

Yoxlama zamanı onlara məxsus  çamadanlardan  gömrük orqanlarına bəyan edilməyən 471 ədəd diş implantı və 149 ədəd diş implantı aksessuarı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!