Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Bakını sel sularına əsir edən məmurların məsuliyyəti nədən ibarətdir?
Elə bu səbəblərdəndir ki, ötən gecə saatlarında yağan yağışın normadan dəfələrlə artıq yağması nəticəsində paytaxtın Nərimanov rayonu Heydər Əliyev prospekti, Bağırov korpüsünün ərazisində subasma qeydə alınıb, bunun nəticəsində sözügedən ərazidə hərəkət tam dayandırılıb. Bu barədə Baki şəhər İcra Hakimiyyəti məlumat yayıb. Əraziyə Baki şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və aidiyyatı strukturların rəhbərləri gələrək əraziyə baxış keçirib, təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb. Baki şəhər İcra Hakimiyyəti, paytaxtın Rayon İcra Hakimiyyətlərinin başçıları, onların aparatı və təsərrüfat strukturları gücləndirilmiş iş rejimində çalışır, şəhər ərazisində xüsusi riskli ərazilər müəyyən edilərək aramsız yağan yağışın fəsadları aradan qaldırılır.
Əgər bu problemlər bir gecədə aradan qaldırıla bilirsə, niyə bunu il ərzində birdəfəlik həll etmək mümkün olmur? Məgər bu problemlər elə yağış yağanda yada düşməlidirmi???
A.Məmmədli