23 Oktyabr 2024 / 16:02

TÜRKİYƏDƏ ZAVODDA BAŞ VERƏN TERRORDA 4 NƏFƏR ÖLÜB

Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 4 nəfərin öldüyünü, 14 nəfərin yaralandığını deyib.

Tezadlar.az CNN- türk- ə istinadla bilditir ki, Ərdoğan bu barədə Kazanda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Xatırladırıq ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində terror cinayəti baş verib, nəticəəd  4 nəfər ölüb, 14 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün  “X” sosial şəbəkəsindəki səhifəsində onu da yazıb ki, 2 terrorçu hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilib.
Ərazi nəzarətə götürülüb. Terrorun hansı qruplaşma tərəfindən törədildiyi barədə hələki rəsmi məlumat verilmir.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!