Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Türkiyədə baş verən terror hadisəsində günahkarlar və bu terrorda əli olanlar araşdırılır…
Prezidenti Rəcəb Tayyib Ərdoğan isə TUSAŞ-da baş verən terror hücumu ilə bağlı Kazana səfərini yarımçıq qoyaraq bu gün oktyabrın 24-ü səhər ölkəyə qayıdacaq. Tezadlar.az TRT1-ə istinadla xəbər verir ki, prezidentin oktyabrın 24-də Kazanda planlaşdırılan görüşləri də təxirə salınıb. TRT1 telekanalı öz növbəsində Ərdoğanın Kazanda sammit münasibətilə təşkil edilən təntənəli qəbulda iştirak etmədiyini bildirib.
Təəssüflər olsun, qardaş Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb.
Ölkənin hüquq mühafizə orqanları bu terrorun sifarişçisini axtarır. Ölkədə təhlükəsizlik tədbirləri görülür.
Y.Məmmədli