Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Gürcüstan prezidenti müxalifətin seçki mitinqində çıxış edib…
“Siz seçkidə uduzmadınız, səsiniz oğurlandı və gələcəyinizi oğurlamağa cəhd etdilər, amma heç kimin buna haqqı yoxdur və siz heç kimə bunu etməyə imkan verməyəcəksiniz”,- deyən prezident Salome Zurabişvili parlament binası önündə çıxışı zamanı belə bəyan edib. O, Gürcüstanın ilk dəfə azadlıq və müstəqilliyini elan etdiyi və indiki bayraqlarına and içərək bildirib ki, bu mübarizədə sonuna kimi, xalqın yanında olacaq.
Zurabişvili qeyd edib ki, bu gün müxalifət partiyaları fəaliyyət planını ictimaiyyətə təqdim edəcək. Onun sözlərinə görə, müxalifət partiyalarının Rustaveli prospektində toplaşması süni birlik deyil və bunun nəticəsi olacaq.
Ölkə müxalifəti bu günə daha bir kütləvi etiraz aksiyası təyin edib. Siyasi gərginlik isə durmadan artmaqdadır…
A.Məmmədli