Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Kanada ölkə rəhbərliyi ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir.
Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında deyilir. Bəyanatda deyilir ki, Kanada 2024-cü il oktyabrın 26-da ölkənin Mərkəzi Seçki Komissiyasının elan etdiyi parlament seçkilərinin rəsmi nəticələrini nəzərə alıb. Bu baxımdan Ottava G7 və Avropa ilə razılaşdırılaraq Gürcüstan rəhbərliyi ilə münasibətlərinə yenidən baxacaq. Sitat: “Biz bütün tərəfləri sakit olmağa, Gürcüstan hakimiyyətini isə dinc etirazlar kontekstində insanların hüquq və təhlükəsizliyinə hörmət etməyə çağırırıq”.
Ölkə müxalifəti isə dünən genişmiqyaslı mitinq keçirdi. Mitinqdə ölkə prezidenti Salome Zurabişvili çıxış edib və bununla da müxalifətlə həmrəy olduğunu bəyan edib. Bu isə Gürcüstanda yeni siyasi qalmaqalların olacağından xəbər verir.
A.Məmmədli