Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
30 Oktyabr 2024 / 04:16

GÜRCÜSTANLA BAĞLI XÜSUSİ İCLAS ÇAĞRILDI

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinin müzakirə olunacağı Siyasət və Təhlükəsizlik üzrə Komitənin iclasının çağırıldığını bildirib. 24News.ge “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə J.Borrelin bəyanatında deyilir. O bildirib ki, məsələni noyabr ayında keçiriləcək Xarici İşlər üzrə (Aİ) Şurasının gündəliyinə də daxil edib. Borrelin sözlərinə görə, Gürcüstan Aİ-yə namizəd ölkədir və buna görə də Avropa dəyərlərinə sadiqliyini nümayiş etdirməlidir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!