Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
15 Noyabr 2024 / 09:49

O, HAKİMİYYƏTİN DİNC YOLLA ÖTÜRÜLMƏSİNİ İSTƏYİR VƏ…

““Gürcü arzusu” ilə müzakirə oluna biləcək yeganə şey yeni seçkilər və hakimiyyətin dinc yolla ötürülməsidir”.

Tezadlar.az Gürvüstan mediasına istinadla xəbər verir ki, bu barədə “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən biri Nika Qvaramiya jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, “Dəyişikliklər Koalisiyası” parlamentə daxil olmamaq üçün bütün hüquqi yollardan istifadə edib: “Biz qəsdən bütün hüquqi yollardan istifadə etdik ki, heç kim bizə parlamentə girin deməyə belə cürət eləməsin. Artıq bu, hüquqi cəhətdən mümkün deyil. Biz parlamentə girmirik!”, – deyə Qvaramiya bildirib.

Məlumat üçün bildirək ki, müxalifət partiyaları 26 oktyabrda keçirilmiş parlament seçkilərinin nəticələrini tanımır və ölkədə yenidən seçkilərin keçirilməsini tələb edirlər.

Ölkədə siyasi gərginlik isə durmadan artır. Rusiya və Qərb meyilli qüvvələrin mübarizəsi yaxşı heç nə vəd etmir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!