Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Noyabr 2024 / 08:52

ABXAZİYADA VƏZİYYƏT GƏRGİNLƏŞDİ

İşğal olunmuş Suxumidə Abxaziya “dövlət teleradio” şirkətinin binasını ələ keçirməyə cəhd edən bir qrup şəxsi təhlükəsizlik qüvvələri xəbərdarlıq atəşi açaraq ərazidən uzaqlaşdırıb.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə Rusiya mətbuatı işğal olunmuş Abxaziya prezidentinin informasiya mərkəzinə istinadən məlumat yayıb. Mövcud məlumata görə, üç gündür Abxaziyada müxalifət partiyaları Prezidentin istefasını tələb edirlər. Onlar bir sıra qondarma dövlət binalarını ələ keçiriblər. “Prezident”, Aslan Bjaniya vətəndaşları təxribatlara əl atmamağa və icazəsiz etiraz aksiyalarında iştirak etməməyə çağırıb. O bildirib ki, Abxaziyada böhranın həlli qarşıdan gələn “prezident seçkiləri”dir.

Gürcüstanın hazırkı hakim komandası isə nədənsə baş verənlərə susqunluq nümayiş etdirir. Ölkə müxalifəti hakimiyyəti buna görə sərt qınamaqdadır. 

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!