Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Noyabr 2024 / 05:11

TANIŞININ 132 MİN MANAT PULUNU MƏNİMSƏYƏN SAXLANILDI

Quba Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan müraciət əsasında Tərtər rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində müvəqqəti kirayədə yaşayan Rövşən Baxşalıyevi saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Tezadlar.az-a bildirilib ki, saxlanılan şəxs tanışı Rəsul Məmmədovun (ad soyad şərti) etibarından sui-istifadə edərək ona Bakı şəhərində ev verəcəyi adı ilə ümumilikdə 132 min manat pulunu mənimsəyib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə R.Baxşalıyevin barəsində həbs qətimkan tədbiri seçilib.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!