Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Dekabr 2024 / 11:24

RİN NAZİRLİYİNİN KOLLEKTİVİ PEŞƏ BAYRAMI MÜNASİBƏTİLƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günüdür.

Tezadlar.az xəbər verir ki,  bu münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib.

Ziyarət iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə gül dəstələri düzülüb.

Daha sonra nazirliyin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər qoyublar.

R.XUDATQIZI

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!