Əsas məzmuna keç

EHTİYATLI OLUN, KƏSKİN RESPİRATOR XƏSTƏLİKLƏR YAYILIB

 Havaların soyuması ilə kəskin respirator xəstəliklərin mövsümi xarakter alaraq yayılması halları müşahidə olunur.

TEZADLAR.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin İcraçı direktoru (TƏBİB) Vüqar Qurbanov deyib.

“Hazırda havaların soyuq olması ilə bağlı təcili tibbi yardım və poliklinika xidmətlərinə müraciətlərdə kəskin artım yoxdur. Kəskin respirator xəstəliklərin mövsümi xarakter alaraq yayılması halları müşahidə olunur. Amma xəstəxanalarda doluluq faizi, tibb müəssisələrinə müraciət faizi normal səviyyədədir. Yəni bununla bağlı kəskin artım müşahidə olunmur”, – deyə o vurğulayıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…