Əsas məzmuna keç

Avtomobil Babək prospektində körpüdən yola düşdü-DƏHŞƏT

Az əvvəl Bakıda Babək prospektində avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb. Tezadlar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib. Məlumata görə, bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb. Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.

Sürücünün və ya sərnişinin taleyi barədə hələki rəsmi açıqlama yoxdur.

İlkin məlumata görə hadisə sürücünün diqqətsizliyi, yəni telefonla qurdalanması, vatsapla sağollaşması, maşındakı tiktok-la məşğul olması və s. səbəbdir.

Səbuhi

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…