Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-nin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalarını pisləyib.
Tezadlar.az bu barədə yazmışdı… Bu dəfə isə Kobaxidze qeyd edib ki, partiyanın təsisçisi ölkənin maraqlarına xidmət etdiyinə görə artıq faktiki sanksiyalar altında idi, indi isə rəsmi məhdudiyyətlərə məruz qalıb. “Xüsusi heçnə yoxdur. Bu, sadəcə olaraq, ölkəmizin milli maraqlarının qorunmasına görə verilən “mükafatdır”, – Baş nazir bildirib. Onun sözlərinə görə, İvanişvili uzun müddətdir, sanksiyalarla şantaj edilib, indi isə belə imkan olmayacaq.
Qeyd edək ki, dekabrın 27-də ABŞ İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.