Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ağ Ev cümə günü bildirib ki, prezident Co Bayden Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyətlə və “baş verənlər barədə məlumatlandırılır”, Turan-ın müxbiri Vaşinqtondan xəbər verir.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi jurnalistlərə bildirib ki, “Bizim komandamız , diplomatlarımız və Milli Təhlükəsizlik Şurasının əməkdaşları vasitəsilə Azərbaycan hökumətinə aydın şəkildə bildirib ki, istintaqda yardıma ehtiyacı olduqda onlara kömək etməyə hazırıq». Kirbi həmçinin ABŞ-ın “təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması ehtimalına işarə edən bəzi əlamətləri” qiymətləndirdiyini də təsdiqləyib. “Qazaxıstan və Azərbaycan birlikdə araşdırma aparırlar, əgər ehtiyac olsa, istəsələr, biz bu araşdırmada öz köməyimizi təklif etmişik”, – Kirbi yekunlaşdırıb.
Təyyarə qəzası ilə bağlı istintaq isə davam edir, təyyarənin !Qara qutu”su şifrələnir…
A.Məmmədli