Əsas məzmuna keç

Tramp var gücü ilə müharibənin dayandırılmasına çalışır

Ukrayna ilə Rusiya arasında sülh danışıqlarının səmərəliliyi üçün bütün qüvvələr səfərbər edilib. Tezadlar.az dünya mediasına istinadla bildirir ki, Zelenski Türkiyədə Ərdoğanla müzakirədə, Lavrov isə Səudiyyə Ərəbistanında ABŞ rəsmiləri ilə danışıqlarda…

Nəhayət, ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimalından çıxış edir. Belə ii, Tramp yeni fərmanlarını imzalayarkən jurnalistlərin suallarını cavablandırarkən təsdiqləyib. Bu, Trampın Florida ştatının Vest-Palm Biç şəhəri yaxınlığında yerləşən Mar-a-Laqo malikanəsində baş verib.

ABŞ Prezidentindən Putinlə görüşünün ayın sonuna qədər baş tutacağını hələ də gözləyib-gözləmədiyinə aydınlıq gətirməsi istənilib. “Yəqin ki,” – Tramp cavab verib. O, məsələ ilə bağlı əlavə şərh verməyib. Lakin inamla bildirib ki, bu dəfə müharibənin dayandırılmasına nail olmaq üçün bütün imkanlardan istifadə ediləcək.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…