Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Deyəsən, son günlərin narahatverici qalmaqallarının ardınca ABŞ ilə Ukrayna arasındakı “soyuq müharibə”yə son qoyulacaq. Tezadlar.az “Reuters”ə istinadla bilditir ki, rəsmi Vaşinqton və Kiyev fevralın 22-də Ukraynanın təbii ehtiyatlarından istifadəyə dair sazişi imzalaya biləcək. Belə ki, ABŞ və Ukrayna razılaşmaya yaxınlaşır. Qəzet qeyd edir ki, hələlik yekun razılıq əldə olunmayıb, lakin razılaşmanın şənbə günü imzalanması mümkündür. Sənədin məzmunu ilə bağlı heç bir məlumat verilmir.
Bu rəsmi məlumat Rusiya mediaslnda narahatlıqla qarşılanmaqdadır, çünki Rusiyada belə düşünürdülər ki, Ukrayna artıq ABŞ- ın dəstəyindən məhrum ediləcək. Bəzi Qərb yönümlü mediada isə belə bir məlumat paylaşılır ki, Zelenski də taktiki addım atıb və Trampın diqqətinə çatdırıb ki, Rusiya ilə münasibətlərin korlanmasının baiskarı Bayden olubsa, deməli, ABŞ- ın bu işdə əli olub. “Əgər ABŞ bizi belə bir vəziyyətdə arxasız buraxsa, biz müəyyən vasitələrlə Putinlə dil tapacağıq…” və s.
Bax belə. Doğru deyirlər ki, siyasət əsl şahmat oyunudur, amma peşəkarların masasında…
A.Məmmədli