22 Fevral 2025 / 11:36

Zelenski Trampın acığına 20 milyardlıq yardım alacaq və…

ABŞ prezidenti Trampın Ukrayna ilə bağlı son bəyanatları Avropa İttifaqında əsəblə qarşılanıb. Belə ki, buna cavab olaraq Avropa İttifaqı Ukraynaya əlavə 20 milyard dollar həcmində hərbi yardım etməyə hazırlaşır. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xatırladır ki, yardım paketinə artilleriya mərmiləri, hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli raketlər, pilotsuz uçuş aparatları və digər silahlar daxil olmalıdır. Həmçinin Ukrayna briqadalarının döyüş qabiliyyətinin artırılmasına yönələcək yardımlar nəzərdə tutulur. Avropa İttifaqı xarici işlər nazirlərinin yaxın vaxtlarda keçiriləcək toplantısında natural və nəğd vəsait formasında yardıma dair təşəbbüsü üzv dövlətlərlə razılaşdırmağa çalışır. Daha sonra Avropa İttifaqına üzv dövlətlərin dövlət və hökumət başçıları yardımın həcmi barədə razılığa gəlməli və paketi nəzərdə tutan sənədi imzalamalıdır.

Digər Avropa ölkələri də Ukraynaya ayrıca yardımını davam etdirəcək. Avropalı ekspertlər hesab edir ki, Ukraynanın təhlükəsizliyi Avropa üçündür və Ukrayna Rusiya ilə arada bir səddir.

A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!