Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Özbəkistanın Ali Məclisi 23 avqust 2024-cü ildə Daşkənddə imzalanmış Özbəkistanla Azərbaycan arasında müttəfiqlik münasibətlər haqqında Müqavilənin ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
TEZADLAR.AZ xəbər verir ki, Özbəkistan və Azərbaycanın Yüksək hökümətlərarası şurasının birinci iclasının nəticələri əsasında bağlanmış bu müqavilə hal hazırda baxılması üçün Özbəkistan Senatına yönləndirilib.
Müqavilə siyasi, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlib ki, bu da Özbəkistanın son illər yürütdüyü praqmatik xarici siyasətini əks etdirir. Əsas müddəalarda iki dövlət arasında düşmənçilik hərəkətlərinin qarşısının alınması, bir-birinə qarşı olan istənilən alyanslar və bloklara qoşulmamanın təmin olunması, həmçinin üçüncü dövlətlərin hərbi təcavüzü hallarında dinc həlli yollarına vasitəçilik yer alır.
Bundan başqa, müqavilə beynəlxalq terror, ekstrimizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə birgə səylərin gücləndirilməsinə xüsusi diqqət yönəldir.
Deputatlar qanun layihəsini təsdiq edəcəyi təqdirdə, növbəti addım onun Senat tərəfindən baxılması olacaq.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan və Özbəkistan xarici işlər nazirləri “Azərbaycan və Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş kompleks proqramı” imzalayıb və təsdiqləyib.