“Sabah” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Tezadlar.az xəbər verir ki, Azərbaycan çempionu liqa mərhələsinin IV turunda Norveçdə “Vikinq”in qonağı olub.
Stavanger şəhərində keçirilən görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv əvvəlki görüşlərdə İngiltərənin “Mançester Yunayted” komandasına 0:4, Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:2 hesabı ilə uduzub.
“Sabah” Çexiyanın “Slaviya” komandasını isə 2:0 hesabı ilə məğlub edib.
Bakı klubu Çempionlar Liqasında növbəti oyununu noyabrın 25-də Bakıda İspaniya nəhəngi “Barselona”ya qarşı keçirəcək.







