Əsas məzmuna keç

“Azərbaycan” nəşriyyatında çalışmış jurnalistlər AMAY-a!

Xəbər verdiyimiz kimi, bu ilin fevral ayından əsaslı təmirı dayandırılmış “Azərbaycan” nəşriyyatında uzun illər yerləşən redaksiyalar hazırda paytaxtın müxtəlif yerlərində pərakəndə halda fəaliyyət göstərir. Hələ də ümid var ki, nəşriyyatda başlayacaq əsaslı təmirdən sonra böyük tarixi ənənəsi və mətbuatımızın yeganə eviməkanı kimi tanınan nəşriyyat yerləşdiyi Mətbuat prospektində yenidən fəaliyyətini bərpa edəcək, redaksiyalar və jurnalistlər bir məkanda olacaq, jurnalistlərin ənənəvi təmasları reallaşacaq.

“Təzadlar”a daxil olan məlumata görə isə, hazırda aidiyyəti qurumlarda təmirin uzun vaxt aparacağını nəzərə alaraq başqa bir təklif üzərində iş gedir. Belə ki, verilən məlumata görə, Bakıda 8 noyabr prospektində(Ağ şəhər) AMAY kimi tanınan, uzun illərdir faydalı istehsalat- tikinti sahələrinin təxminən 70 faizi hələ də boş qalan bu ticarət mərkəzinin jurnalistlərin və Azərbaycan Mətbuat Şurasının ixtiyarına verilməsi barədə təkliflər işlənilir.
Sevindirici bir xəbər də diqqəti çəkir: aidiyyəti rəsmi qurumların ilkin rəyinə görə, media reyestrində olan media subyektlərinin icarə haqqı dövlət büdcəsi hesabına ödənilə bilər, yaxud maksimum güzəşt tətbiq edilməsi mümkündür və s.

Beləliklə, hazırda pərakəndə halda müxtəlif ünvanlarda yerləşən, nəşriyyatın əvvəlki qiymətlərindən 2-3 qat baha qiymətə icarədə olan media subyektlərinin bir məkanda yerləşdirilməsi barədə qeyri-rəsmi məlumat var. Bunun real olması mümkündür və jurnalistlərin keçmiş illərdəki kimi əlaqəli və bir- biri ilə təmaslı formada fəaliyyətinə töhfə verməsi yaxşı olardı. Çünki hazırda bir çox jurnalistlər də var ki, iş yeri olmadığından evdən qapalı fəaliyyət göstərirlər.

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…