26 Fevral 2025 / 11:40

ABŞ səfirliyindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə sayğı!

Bu gün ABŞ-nin Azərbaycandakı səfirliyinin əməkdaşları Xocalı soyqırımı qurbanlarını yad edib. Tezadlar.az bildirir ki, bu barədə səfirliyin “X” hesabındakı paylaşımda belə yazılıb: “Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

Paylaşım səfirliyin müvəqqəti işlər vəkili Hüqo Qevaranın adından verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!