Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İndi işin ən məsuliyyətli mərhələsi başlayır: Vaşinqton Səudiyyə Ərəbistanında ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar zamanı Kiyevlə ərazi güzəştlərini müzakirə edib. Tezadlar.az CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib. “ABŞ Kiyevin danışıqlar masasına oturmasından məmnundur, əgər Rusiya razılaşarsa, Vaşinqton nizamlanmada irəliləmək üçün mümkün olan hər şeyi edəcək. Moskvanın atəşkəsə razılığı halında Rusiya və Ukraynanın yerlərdə monitorinq həyata keçirməyi kimə etibar etdiyini müəyyənləşdirmək lazımdır”, – o bildirib.
M.Rubionun sözlərinə görə, Rusiyanın əleyhinə olan Avropa İttifaqı (Aİ) sanksiyaları və dondurulmuş aktivlərlə bağlı məsələlər gələcək danışıqlarda müzakirə olunacaq: “Hələ ki, ABŞ sanksiyalarının aradan qaldırılması üçün addımlar atılmayıb. Rusiya atəşkəsə razılaşmadığı təqdirdə əvvəlcədən onu tədbirlərlə hədələmək qeyri-konstruktivdir”.
Dünyanın gözü Trampda, qulağı isə cəbhədədir. Müharibə isə davam edir.
A.Məmmədli