Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Donald Tramp və mən Gürcüstanda azad və ədalətli seçkilərə nail olmaq üçün birlikdə çalışacağıq”.
Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə ABŞ Helsinki Komissiyasının sədri, konqresmen Co Vilson özünün X səhifəsində yazıb. O, deyib: “Amerika İvanişvili rejimini tanımır. “Gürcü Kabusunun Tanınmaması Aktı” Amerikanın tiran rejimlərin tanınmaması ilə bağlı böyük ənənəsini davam etdirir. Donald Tramp və mən Gürcüstanda azad və ədalətli seçkilərə nail olmaq üçün birlikdə çalışacağıq”.
Xatırladırıq ki, Trampın andiçmə mərasiminə Gürcüstan hökumətindən heç kim dəvət edilməyib.
A.Məmmədli