Əsas məzmuna keç

«Təzadlar»a Rusiyadan təbriklər var

Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədov «Təzadlar»ın ad gününü təbrik edib. Təbrikdə deyilir: «Əzizim «Təzadlar»ın kollektivi! Sizi keşməkeşli mətbuat yolunda gəldiyiniz və keçdiyiniz, yaşadığınız bu 32 illik yaşınızla əlaqədar ürəkdən təbrik edirəm. Qarabağın adını heç vaxt unutmadınız və o yurdu tərk etmiş insanların Ali Baş Komandan İlham Əliyevin sayəsində tezliklə öz yurdlarına qayıdacaqlarına inandıra bildiniz. Şükürlər olsun ki, indi o torpaqlar düşməndən azad edilib, Sizlərin vaxtilə arzuladığınız kimi, hamı öz yurduna geri qayıdır.

Yolunuz həmişə açıq olsun! Ürəkdən təbrik edirəm.

Hörmətlə: Sizin Əsgər Məmmədov, Moskva».

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…