Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Bakıdakı Rus Evi ətrafında sosial şəbəkələrdə yayılan dezinformasiyalar Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirmək məqsədi daşıyır…”
Tezadlar.az Rusiya Xarici İşlər Nazirliyinin saytına istinadla bildirir ki, qurum belə bir məlumat yayıb və sosial şəbəkələrdə Bakıdakı “Rus Evi”nə qarşı məqsədili kampaniyanı “dezinformasiya” adlandırıb.
Xatırladırıq ki, ötən gün sosial şəbəkələrdə Bakı sakinlərini və “rus irsinə və mədəniyyətinə dəyər verən və hörmət edən hər kəsi” Bakıdakı Rus Evinə “dəstək aksiyasında” iştirak etməyə çağıran yalan materiallar yayılıb. Rusiya XİN bunlara belə şərh verib: ““Bu nəşrlər “Rus evi”nin rəsmi sənədinə bənzəyir, lakin onlar “saxta”dır. “Söhbət məqsədyönlü və yaxşı planlaşdırılmış təxribatdan gedir. Bu saxtakarlığın müəllifləri Azərbaycan vətəndaşlarını Rusiyaya qarşı yönəltməyə, etnik ədavəti qızışdırmağa çalışırlar”.