Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bazar ertəsi Milli Hərəkatın əsaslı islahatına dair öz planını təqdim edəcəyini bildirib. Tezadlar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında qeyd edib. Saakaşvilinin sözlərinə görə, rejim təkcə milli ləyaqətə deyil, həm də ictimai hərəkatlara, siyasi partiyalara hücum edir. O bildirib ki, rejim Rusiyanın tapşırıqlarını sədaqətlə yerinə yetirməsi üçün əlindən gələn hər şeyi edir. Saakaşvili daha güclü müqavimətə keçəcəklərini açıqlayıb.