Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 Aprel 2025 / 13:42

“Miqrasiya Məktəbi – 7” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

Gənclərə miqrasiya sahəsində nəzəri və praktiki biliklər qazandırmaq məqsədilə təşkil edilən “Miqrasiya Məktəbi – 7” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib.

Tezadlar.az xəbər verir ki, təlimlər Daxili İşlər Nazirliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri tərəfindən keçirilib.

İnteraktiv şəkildə təşkil olunan təlimlər “İnsan alverinə qarşı mübarizə”, “Məcburi köçkünlərin böyük qayıdışı və reinteqrasiyası”, “Miqrantların əmək hüquqları və onların müdafiəsi” mövzularına həsr olunub.

Xatırladaq ki, 6 ay davam edəcək layihə çərçivəsində iştirakçılar miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarəolunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də Dövlət Miqrasiya Xidmətinin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.

RÖVŞANƏ

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!