Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
1 May 2025 / 08:24

ŞİMALİ KİPRDƏ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ ÜZRƏ BEYNƏLXALQ SİMPOZİUM KEÇİRİLİB

2829 aprel 2025-ci il tarixlərində Şimali Kipr Türk Respublikasının Girnə şəhərində “Türk mədəniyyəti, incəsənəti mədəni irsin mühafizəsimövzusunda XIX Beynəlxalq Simpozium keçirilib. Nümayəndə heyətinin rəhbəri, Professor Qafar Cəbiyev Kiprdən zəng edərək tezadlar.az- a bildirib ki, Simpozium onun- Azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunub. Tədbir Şimali Kipr Türk Respublikasının Yaxın Doğu Universiteti (Girnə), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Köməkİctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb. Simpoziumda Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikası, Moldova, İtaliya, Özbəkistan, İran, Rusiya, ABŞ, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova digər ölkələri təmsil edən 80-dən çox alim tədqiqatçıelmi məruzələrlə çıxış edib.

Tədbiri giriş sözü ilə açan Simpozium TəşkilatKomitəsinin sədri dosent Dr. Əhməd Aytac bildirib ki, “Türk mədəniyyəti, incəsənəti mədəni irsin mühafizəsi” XIX Beynəlxalq Simpoziumunun əsas məqsədi Türk dünyasında mədəni irsin öyrənilməsi, qorunması təbliğisahəsində fəaliyyət göstərən alim tədqiqatçıları biraraya gətirmək, bu sahədəki son araşdırmaların yeni nəşrlərin elmi ictimaiyyətə təqdim olunmasına əlverişliplatforma yaratmaqdır. Onun sözlərinə görə, simpoziumunŞimali Kipr Türk Respublikasında keçirilməsi, həmçinin buölkədəki alim tədqiqatçıların digər türk dövlətlərinin elmimühitinə daha fəal şəkildə inteqrasiyasına xidmət edir.

Simpoziumun açılış mərasimində Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatar iştirakedərək nitq söyləyib. O, bu cür beynəlxalq elmi tədbirinKiprdə keçirilməsini yüksək dəyərləndirib onunrespublikanın elmi mühitinin inkişafına mühüm töhfəverəcəyini vurğulayıb. Açılış mərasimində Yaxın Doğu Universitetinin rektoru Prof.Dr. Tamer Şanlıdağ, AMEA Memarlıq İncəsənət İnstitutunun direktoru Prof.Dr. Ərtegin Salamzadə, “Miras” Mədəni İrsin ÖyrənilməsinəKömək İctimai Birliyinin sədri Dr. Fariz Xəlilli, Türkiyəalimləri adından Dos.Dr. Hülya Şanes Doğru AMEA Arxeologiya Antropologiya İnstitutunun İslam dövrüarxeologiyası şöbəsinin müdiri Prof.Dr. Qafar Cəbiyev çıxış ediblər.

Dosent Dr. Əhməd Aytac çıxışında builkisimpoziumun Azərbaycanlı arxeoloq alim, tarix elmləridoktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunduğunu qeyd edib. O, professor Qafar Cəbiyevin elmi fəaliyyətinə yüksək qiymət verərək onun“Türk mədəniyyəti, incəsənəti mədəni irsin mühafizəsibeynəlxalq simpoziumuna uzun illər ərzində göstərdiyidəstək töhfələrlə həmişə fərqləndiyini vurğulayıb.“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimaiBirliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Dr. Fariz Xəlilli “Professor Qafar Cəbiyevin həyatı elmi fəaliyyətimövzusunda simpoziumun açılış məruzəsi ilə çıxış edib.

Simpoziumun 13 bölmə iclasında müxtəlif mövzulardaməruzələr dinlənilib. Tədbirdə AMEA Arxeologiya Antropologiya İnstitutundan tarix elmləri doktoru, professor Qafar Cəbiyev “Arxeologiya elminin prioritetləri: ənənəviyanaşmalar yeni çağırışlar“, tarix elmləri doktoru, professor Abbas Seyidov tarix üzrə fəlsəfə doktoru, dosent Leyla Rüstəmova “Prof.Dr. Qafar Cəbiyevin araşdırmalaraında Azərbaycan arxeologiyasının aktualproblemləri“, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Azərbaycanda tarixi məscidlərin mühafizə problemləri Hacı Bədəl əfəndi məscidi“, Bədircahan Məmmədova “Azərbaycanın şimal-qərb bölgəsinin mədəni irsi“, AMEA Memarlıq İncəsənət İnstitutunun direktoru AMEA-nınmüxbir üzvü Ərtegin Salamzadə “Şəbəkə sənətininqorunması turizm“, sənətşünaslıq elmləri doktoru, professor Rəna Abdullayeva “Mədəni ənənələr kəlağayıincəsənəti“, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “Azərbaycan Kipr incəsənətində aslan simvoluilə bağlı ortaq arxetiplər“, Aynur Ələkbərova “Azərbaycanda mədəni turizm kontekstində müalicə sağlamlıq sektoru“, AMEA Məhəmməd Füzuli adınaƏlyazmalar İnstitutundan filologiya üzrə fəlsəfə doktoruŞəhla Xəlilli “Azərbaycanda şəhər tarixçiliyində Həsən İxfa Əlizadənin yeri“, Tahirə Əliyeva “Əhdi Bağdadi onunGülşəni-şüəratəzkirəsi (Sankt-Peterburq nüsxəsi)”, AMEA Nizami adına Ədəbiyyat İnstitutundan Leyla Həsənzadə “Hyon Jin-geonunŞanslı bir günəsərinintəhlili“, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Milli Azərbaycan Tarixi Muzeyindən tarix elmləri doktoru, professor Nərgiz Əliyeva “Azərbaycanda islam dövrüarxeologiyası üzrə illər üzrə tədqiqatlar“, tarix üzrə fəlsəfədoktoru, dosent Həbibə Əliyeva “Şəki bölgəsindəki türk-islam sənətinə aid epiqrafik abidələrdə son tədqiqatlar“, Zümrüd İsmayılova “Muzeylər cəmiyyət əməkdaşlığı: mədəni irsin qorunması gələcək nəsillərə çatdırılması“, Nizami Gəncəvi adına Milli Azərbaycan ƏdəbiyyatıMuzeyindən filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova “COP29 Nizami Muzeyi”, AzərbaycanRespublikası Dövlət Turizm Agentliyindən sənətşünaslıqüzrə fəlsəfə doktoru Günel Seyidəhmədli “Diri Baba qəbiristanlığı məzar daşlarının bədii xüsusiyyətləri epiqrafikası“, Bakı Slavyan Universitetindən filologiyaelmləri doktoru, professor Bella Musayeva “ÇingizAytmatovun əsərlərində polifoniya (çoxsəslilik)” NaxçıvanDövlət Universitetindən filologiya üzrə fəlsəfə doktoru, dosent Nəzakət İsmayılova “Elxan Yurdoğlunun “On yeddigöyərçinkitabı haqqında düşüncələr“, Şuşa şəhəri DövlətQoruğu İdarəsindən Sahibə Ələkbərova “Şuşa şəhərindəbərpa olunmuş muzeylərin fəaliyyəti: tarixi-mədəni irsinqorunması təbliği“, Miras Mədəni İrsin ÖyrənilməsinəKömək İctimai Birliyindən fəlsəfə üzrə fəlsəfə doktoruElmira Abasova Fidan Quluzadə “Türk dünyasının ilk maarifpərvər ziyalılarımövzularında məruzə ediblər.

Simpozium çərçivəsində incəsənət sərgisi təşkilolunub. Sərgidə Azərbaycanı Salyan Uşaq Gənclər İnkişaf Mərkəzindən Sevinc Bünyatova təmsil edib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdimolunub. Simpozium iştirakçıları Yaxın Doğu UniversitetininKıbrıs Avtomobil Muzeyi Kıbrıs Müasir İncəsənət Muzeyində ekskursiyada iştirak ediblər.

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!