Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 May 2025 / 08:17

Tramp administrasiyası Ukrayna- Rusiya danışıqlarından geri çəkildi

“ABŞ artıq Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq, Moskva ilə Kiyev arasında birbaşa danışıqların vaxtı çatıb”. Tezadlar.az Reuters-ə istinadla bildirir ki, Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus Tramp administrasiyasının qəti mövqeyini ortaya qoyub. Sitat:

“Bu məsələyə yanaşma tərzimiz və metodologiyamız dəyişir. Biz vasitəçi olmayacağıq. Biz mötədil görüşlər üçün dünyanın o biri tərəfinə uçmayacağıq. İndi iş iki tərəf arasında aparılmalıdır. Bunun vaxtıdır”, – deyə o bildirib.

Dövlət Departamentinin sözçüsü əlavə edib ki, ABŞ hələ də sülhün bərqərar olması üçün əlindən gələni edəcək, lakin münaqişənin nəticəsi hazırda Ukrayna və Rusiya tərəfindən konkret ideyaların işlənib hazırlanmasını tələb edir. “Dünyanın başqa hissələri, bütöv bir yer kürəsi var. Onlar da bizim diqqətimizi tələb edir”.

Beləliklə, Tramp Ukrayna ilə sərvətlərin istismarı ilə bağlı Sazişi imzalatdırandan sonra Ukraynanı, necə deyərlər, yolun ortasında tək- tənha qoydu. Avropa ölkələrinin rəhbərləri isə indi şokdadır. Bəs bu məqamda hansı addım atılmalıdır? Bu gün bəzi suallara aydınlıq gətiriləcək.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!