Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
13 May 2025 / 11:05

Fermerlərin diqqətinə: bostan bitkilərinin sığortalanmasına start verilib

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çərçivəsində bostan bitkilərinin, o cümlədən qarpız bitkisinin sığortalanmasına başlanılıb.

TEZADLAR.AZ   xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun məlumatında  bildirilir.

Məlumata görə, aqrar sığorta mexanizmi qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Buraya dolu, fırtına-qasırğa, sel-subasma, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir. Qarpız əkən fermerlər və təsərrüfat sahibləri onu baza sığorta zərfindən əlavə, ayrıca olaraq dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisi üzrə də sığorta edə bilərlər.

Qarpız təsrrüfatlarının baza sığorta zərfi ilə sığortası tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,17 faiz – 5,12 faiz arasında dəyişir. Bu bitkinin ən çox əkildiyi Aran bölgəsində sığorta tarifi 2,26 faiz təşkil edir. Hesablanan sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə, məsələn, Sabirabad rayonunda 1000 manatlıq qarpız bitkisinin sığortalanması fermerə cəmi 11,3 manata başa gəlir.

Artıq ölkədə qarpız sığortasından faydalanan, yəni qarpız sahələrində baş vermiş hadisələr örə ödəniş alan fermerlər də var. Belə ki, 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən Samux raonunda selsubasma hadisəsi baş vermiş qarpız sahəsi üzrə fermerə 94,5 min manat, Kürdəmir rayonunda isə dolu hadisəsi nətiəsində zərər çəkmiş qarpız sahəsi üzrə fermerə 12 966 manat ödəniş edilib.

Təklif olunan sığorta zərfləri, təminat verilən risklər barədə ətraflı məlumatla Fondun rəsmi səhifəsindən (asf.gov.az) tanış olmaq olar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!