Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 11:33

Gürcüstan parlamenti siyasi partiyaların bu halda qadağan edilməsi layihəsini təsdiqlədi!

Ölkə Parlamenti “Vətəndaşların siyasi birlikləri haqqında” və “Konstitusiya Məhkəməsi haqqında” qanunlara dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, qanun layihəsi parlamentin 80 deputatının yekdil dəstəyi ilə təstiqlənib. Dəyişikliklər siyasi partiyaların fəaliyyətinə qadağa qoyulması ilə bağlı hüquqi mexanizmlərini nəzərdə tutur.

Beləliklə, Konstitusiya Məhkəməsi artıq qadağan edilmiş bir partiyanın məqsəd və fəaliyyətini, eləcə də kadr tərkibini təkrar edən yeni partiyanın fəaliyyətinə qadağa qoya biləcək. Layihəyə edilən düzəlişlər çərçivəsində, partiyanın Konstitusiyaya uyğunluğu ilə bağlı iddialara baxılma müddəti də dəyişdirilib. Əvvəlki redaksiyada bu müddət seçki dövründə 14 gün, digər hallarda isə 9 ay nəzərdə tutulurdusa, yeni dəyişikliklərə əsasən, Konstitusiya Məhkəməsi həm seçki, həm də seçkidənkənar dövrlərdə 14 gün ərzində qərar qəbul etməlidir.

Siyasi ekspertlər bu layihəni sərt qarşılayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!