Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 May 2025 / 13:26

“Melissa Group”un ev dağıdan rəhbəri Qalib Məmmədov ev dustaqlığına necə buraxıldı???-VİDEO

“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb. Təbii ki, məhkəmə onu dəstəkləyən və “cəzalandıran”ların sayəsində məhkəmə qərarı ilə evə buraxılıb. Buraxılıb ki, evində rahatlansın, dincəlsin, digər söküntü-dağıntı işlərini başa çatdırsın… Bəs evi dağıdılan, infark edilən qadın necə, evində rahat olması mümkündürmü? Axı o birdəfəlik psixoloji travma aldı…

***

Xatırladırıq ki, bu ilin martın 27-də Bakının Yasamal rayonunda sakin evində olduğu hakda, yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb. Tezadlar.az xəbər verir ki, Q.Məmmədov elə dünən də  faktla bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb. Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən təsdiqləyiblər. Hansı ki, ötən gün tikinti şirkətinin əməkdaşları Yasamal rayonu Birinci Alatava massivi Abdulvahab Salamzadə küçəsi 118B ünvanında sakinlər içəridə ola-ola söküntü işləri aparıb. Söküntü zamanı yaşayış olan evlər ekskavator vasitəsilə dağıdılıb. Hadisə nəticəsində ev sakinlərindən xəsarət alanlar olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaydığı məlumata görə, söküntü işləri müvafiq icazə olmadan aparılıb: “Aparılan işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar hüquq-mühafizə orqanlarına təqdim ediləcək”. Faktla bağlı söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.

***

30 may 2022-ci ildə isə “Melissa Group”un Nəsib Bəy Yusifbəyli 87 ünvanında inşa etdiyi “Azadlıq” layihəsində bədbəxt hadisə baş vermişdi. Belə ki, fəhlə hündür mərtəbədən yıxılaraq aldığı zərbədən dünyasını dəyişmişdi. Hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur. Lakin sosial şəbəkədə yayılan videogörüntüdən belə məlum olur ki, dünyasını dəyişən fəhlənin bir ayaqqabısı və corabı ayağından çıxarılır, əli, ayağı, başı fərqli istiqamətə qoyulur. Belə güman edilir ki, bu hadisənin tikinti şirkətinin məsuliyyətsizliyindən baş verdiyini ört-basdır etmək üçündür. Məlumat üçün qeyd edək ki, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmasına nəzarət tədbirləri nəticəsində son 2 ildə işçilərin qeyd olunan hallardan icbari sığortası üzrə işəgötürənlərlə bağlanan müqavilələrin sayında, həmçinin həmin icbari sığorta üzrə yığımlarda 53% artım qeydə alınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bu da həm işçilərin, həm də işəgötürənlərin qanuni mənafelərinin daha dolğun təminatına xidmət edir. Çünki icbari sığorta müqaviləsi istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirdiyi hallarda işçilərin və ya yaxınlarının sığorta ödənişi ilə təminatına imkan verir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!