Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xəbər verdiyimiz kimi, bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər. Zelenskinin Fərmanı ilə 12 yüksək çinli Ukrayna heyətində təmsil olunub. ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Amerika lideri Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə ehtimal olunan görüşünün vaxtı və yeri hələ müəyyən edilməyib. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, Rubio “Fox News” telekanalına müsahibəsində belə bir açıqlama verib. Sitat: “Bu məsələ üzərində bir neçə ay işlədikdən sonra öyrəndiklərimizi nəzərə alaraq, Prezident Tramp Vladimir Putinlə danışıqlar masasına oturmayınca heç nə baş verməyəcək. Mən hələ tarix və yeri bilmirəm, lakin bu, hazırda həqiqətən yeganə imkandır”.
Bu günkü görüşdən isə Trampla Putinin görüşüb- görüşməyəcəyinin taleyini həll edə bilər. Tərəflər maksimum kompromislərini ortaya qoyub mümkün qədər atəşkəsin və sülhün əldə edilməsinin əsasını qoymalıdırlar.
A.Məmmədli